10 may 2014 11:22
Subaşiç ilk oyunda məğlub oldu
Futbol üzrə Türkiyə I Divizionunda yarımfinal mərhələsinin birinci pley-off oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin hücumçusu Branimir Subaşiçin komandası “Orduspor” “Mersin İdmanyurduspor”un qonağı olub və 1:2 hesabı ilə məğlubiyyət uğrayıb.
Subaşiç meydanda 90 dəqiqə mübarizə aparıb.
Cavab oyunu mayın 13-də Orduda baş tutacaq.
Qalib komanda finala vəsiqə qazanaraq, Superliqaya yeganə vəsiqə uğrunda mübarizə aparacaq.
