10 may 2014 11:11
Azərbaycanın reklamını Jam-e-Jam qəzeti silibmiş
Britaniyanın BBC teleradioşirkəti ÇL-in “Atletiko” və “Çelsi” arasında keçirilmiş yarımfinal oyunları haqda məqaləyə əlavə edilmiş fotoda “Atletiko”lu oyunçunun futbolkasında Azərbaycanın “Azerbaijan. Land of Fire” reklam şüarını silmiş İran qəzeti haqda yazıb. Azerisport.az xəbər verir ki, bu addımı “Jam-e-Jam” qəzeti atıb.
“Bakı və Tehran arasına münasibətlər həmişə mürəkkəb olub. Azərbaycan İranı Ermənistana dəstək olmaqda ittiham edərkən, Tehran Bakını qərbə meyllilikdə təqsirləndirir. Həmçinin, İranda böyük azərbaycanlı diasporu yaşayır və yerli hökumət bu diasporun güclənib inkişaf etməsindən ehtiyatlanır”, BBC-nin hazırladığı materialda deyilir.
