10 may 2014 22:40
Hafiz Məmmədov və Bakı FK təmsilçiləri Heydər Əliyevin qəbrini ziyarət ediblər
Bu gün ulu öndərimiz, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin doğum günüdür. Azerisport.az xəbər verir ki, müxtəlif idarə və təşkilatlar 91 yaşı tamam olan Heydər Əliyevi anmaq üçün ulu öndərin uyuduğu fəxri xiyabana üz tutub.
Bu münasibətlə “Bakı” Futbol Klubunun gənc futbolçuları əvvəlcə klubun bazasında ucaldılmış Heydər Əliyevin büstünü ziyarət edərək, ulu öndərə həsr olunmuş muzeylə tanış olublar. Ardınca “Bakı” Futbol Klubu və “Baghlan Group” şirkətlər qrupunun kollektivi, başda prezident Hafiz Məmmədov olmaqla, Heydər Əliyevin qəbrini ziyarət edərək, ulu öndərin heykəli önünə əklil qoymuşlar.

(Klub saytı)