10 may 2014 15:22
Çumbinyo: Qarabağın avrokuboklarda ümidləri doğrultması üçün əlimizdən gələni edəcəyik
"Qarabağ"ın futbolçusu Çumbinyo azerisport.az saytına açıqlamasında çempionluqdan, “İnter”lə görüşdən, mövsümün yekunlarından danışıb:
- “İnter” üzərində qələbə təəssüratlarınız necədir?
- Çox xoşbəxtəm. İnsan zəhmətinin bəhrəsini görəndə çox xoşbəxt olur. “Qarabağ” cari mövsümü yaxşı keçirdi və layiq olduğu çempionluğa qovuşdu. “İnter”lə oyunda əsas məqsədimiz qələbə qazanmaq idi. İlk hissədə müəyyən hücumlarda istədiyimiz alınmasa da, sonradan özümüzü topladıq. 4:1 hesablı qələbə çempionluğa əsl töhfə oldu. Azarkeşlərə təşəkkür edirəm. Onlar bizim gücümüzdür. “Qarabağ” məhz fanatlarla birgə güclüdür.
- Komandanın uğurlu çıxışında əsas rol nə oynadı?
- Biz komanda oyunu nümayiş etdirdik. Avrokuboklarda uğurlu çıxışı çempionatda da davam etdirdik. Bəzilərə bizə inanmasa da, gücümüzü göstərdik. Etiraf edim ki, çempionatda oyunlar çətinləşib. Xüsusilə, son dövrənin oyunlar gərgin alındı. Baş məşqçi Qurban Qurbanovun böyük rolu oldu. O bizi çətin anlarla toparlanmağı öyrətdi.
- Azərbaycan çempionatında hansı komandaya qarşı oynamaq daha çətin oldu?
- Çempionatda asan oyunlar olmadı. Hər bir matç çətin idi. “Qarabağ” olaraq, rəqiblərə fərq qoymadıq. Favorit və ya autsayderlər oyunlar fərqlənmədi. Çünki, hər oyundan 3 xal qazanmaq istəyirdik. Əksər komandaları məğlub etdik. Favoritlərlə oyunda 3 xal qazandıq. Güclü olduğumuzu sübut etdik.
- Çempionluq yolunda hansı komanda sizə problem yarada bilərdi?
- Heç kim problem yarada bilmədi və biz çempion olduq. “Qarabağ” çempionluğa layiq idi. Bizim qızıl medal qazanmağımız ədalətin təntənəsi oldu. Hər şey öz əlimizdə idi. 13 xallıq fərq olanda da, indidə çempionluq barədə düşünürdük. “İnter”lə matçda sadəcə, qələbəni qeyd etmək istəyimizi reallaşdırdıq.
- Son 2 oyun sizin üçün önəmli olmayacaq...
- Bizim üçün çempionatın hər bir matçı önəmlidir. Komanda olaraq, sona qədər azarkeşləri qələbə ilə sevindirməliyik. Ona görə “Sumqayıt” və “Xəzər Lənkəran”la oyunlarda da qalib gəlmək istəyirik. Çempionluqla iş bitmir. Çempionlar Liqasında Azərbaycanı uğurla təmsil etməliyik.
- Avrokuboklardan nə gözləmək olar?
- Hər şey yaxşı olacağına ümid edirəm. Bir qədər üzərimizdə daha çox çalışmalıyıq. Çox şey püşkdən asılıdır. “Qarabağ” adına böyük hörmət və diqqət gördük. Bu adı doğrultmaq üçün əlimizdən gələni edəcəyik. Avrokuboklarda Azərbaycanı təmsil edəcəyik. Ona görə daha yaxşı oynamalıyıq. Reynaldo avrokuboklarda da qol vurmalıdır.