9 may 2014 12:40
AZAL-ı əvəzediciləri də ziyana saldı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, iclasda AFFA bayrağı altına keçirilmiş yarışlarda baş vermiş neqativ hallar müzakirə edilib, müvafiq cərimə və cəzalar açıqlanıb:
Əvəzedici heyətlərin XXXIV turunun “Rəvan” - “Simurq” matçında “Simurq” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə edilib.
Əvəzedici heyətlərin XXXIV turunun AZAL - “Neftçi” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə edilib.
(PFL)
