9 may 2014 11:22
Dənizli komandasına qayıtdı
Dünən “Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli müalicəyə yollandığı Türkiyədən qayıdıb. Azerisport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, təcrübəli mütəxəssis əziyyət çəkdiyi bel ağrılarından müalicə alıb, hazırda özünü yaxşı hiss edir və komandasını TPL-in 35-ci turunda “Simurq”a qarşı keçirilək oyuna hazırlayır.
Xatırladaq ki, Dənizli səhhəti ilə əlaqədar komandasını 12 gün əvvəl tərk etmək məcburiyyətində qalmışdı.
