9 may 2014 11:11
Azərbaycan Avropada 45-ci oldu
Azərbaycan UEFA-nın “Fair Play” cədvəlində 45-cı pillədə yer alıb. Azerisport.az xəbər verir ki, ölkəmizin hesabında 7.448 xal var.
Bu göstəriciyə görə Azərbaycan Gürcüstan, Kipr, Ermənistan, Lixtenşteyn, Malta, Cəbəllütariq, Lüksemburq, San-Marino və Andorranı qabaqlayır.
“Fair Play” əmsalı il ərzində milli komanda və klubların qayda pozuntuları, sarı və qırmızı vərəqələrinin miqdarına əsasən müəyyən edilir. Bu siyahıda ilk üçlüyü tutmuş ölkələr Avropa Liqasına vəsiqə əldə edir.
Bu il vəsiqələrə Norveç, İsveç və Finlandiya yiyələnib.
