9 may 2014 16:00
Güvənc Kurtar: Rəvan Birinci divizionda oynamayacaq
“Rəvan”ın baş məşqçisi Güvənc Kurtar azerisport.az saytına müsahibəsində TPL-in 35-ci turu çərçivəsində komandasının “Neftçi”yə qarşı keçirəcəyi oyun və TPL-də qalmaq uğrunda “Sumqayıt”la rəqabətdən danışıb:
- Qarşıda komandanızı “Neftçi”yə qarşı altıncı, yekun oyun gözləyir. Bu haqda nə deyə bilərsiniz?
- Bu komandaya mövsüm ərzində çox güc sərf etmişik. Oyun asan olmayacaq. Onlar son turlarda az xal itirməyiblər. Biz də bu oyuna heç də ən yaxşı vəziyyətdə yanaşmırıq, belə ki, vacib kadr itkilərimiz var.

- Hər şey “Neftçi”nin qələbəsinə doğru gedir?
- Ötən həftə “Simurq”a qarşı yaxşı oyun keçirdik və yaxşı nəticə qazandıq. Düşünürəm ki, bu tur qalib gələ biləcəyik.

- Revanş ovqatı var?
- Bu əhval, haradasa bizə kömək edəcək. Əgər “Sumqayıt” onları məğlub edə bilibsə, biz də bacararıq.

- Mövsümün yekunlarına görə, komandalardan biri Premyer Liqanı tərk etməlidir. İndiki halda mübarizə sizin komandanızla “Sumqayıt” arasında gedir. Buna rəğmən, hər iki komandanın düşərgəsində sakitlikdir. Elə bir təsəvvür var ki, heç kimə heç bir təhlükə yoxdur.
- Bu halda, hər iki komandaya sakit olmaq xeyirlidir (gülümsəyir). Əvvəlcədən hamı bilirdi ki, heç bir komanda Premyer Liqanı tərk etməyəcək və elə təsəvvür yaranır ki, bu qayda yenidən qüvvəyə minəcək. Öz tapşırığımızı özümüz həll etməliyik.

- Əgər “Rəvan” bunun öhdəsindən gələ bilməsə, komanda Birinci diviziona düşsə, siz nə edəcəksiniz?
- “Rvan” Birinci Diviziona düşməyəcək və orada oynamayacaq. Buna görə narahat olmayın. “Neftçi” və “Bakı”nı məğlub etməyə çalışacağıq. Həmçinin, bərabərlik təqdirində bizim “Sumqayıt”la şəxsi görüşlərdə üstünlüyümüz var.

- Əgər onlar son iki turda “Rəvan”dan çox xal toplasalar, bu halda, şəxsi oyunların nəticəsi sizə heç nə ilə kömək etməyəcək.
- Onlar “Qarabağ” və “Qəbələ” ilə oynayacaqlar. Lap köklənməyə əsası olmasa da, “Qarabağ” ölkə çempionudur. “Qəbələ”nin isə bu əsası kifayət qədərdir.