9 may 2014 15:22

Müşfiq Teymurov: Bu, mənim üçün ikiqat sevindiricidi

Topaz Premyer Liqasının 34-cü turu çərçivəsində keçirilən "Qəbələ" - "Bakı" (3:1) matçı "qırmızı-qaralar"ın azarkeşləri ilə yanaşı futbolçu Müşfiq Teymurov üçün də sevindirici və yaddaqalan oldu. Azerisport.az xəbər verir ki, komandasının heyətində 15-ci matçına çıxan "Qəbələ" Futbol Akademiyasının yetirməsi məhz sözügedən qarşılaşmada - "qırmızı-qaralar"ın tarixində ilk dəfə Avropaya vəsiqə qazandığı görüşdə qol hesabını açdı. 21 yaş 3 ay 21 günlüyündə qol sevinci yaşayan Müşfiq cari mövsüm Premyer Liqada Qəbələ üçün qol vuran ən gənc futbolçu oldu. 

Matçın ardından təəssüratlarnı klub saytı ilə bölüşən Teymurov qələbəyə və qol hesabını açdığına görə sevincli olduğunu, qarşıda onları ciddi sınaqların gözlədiyini deyib: 

"Əsas komandada qol hesabımı açdığıma görə çox sevinirəm. Bunun tarixi oyunda avrokuboklara vəsiqə qazandığımız matçda olması mənim üçün ikiqat sevindiricidi. Mənə ən vacib oyunlarımızın birində fərqlənmək nəsib oldu. Həm klub rəhbərliyi, həm də komanda bizi avrokuboklara çıxaran bu qələbəni çoxdan gözləyirdi. İnşallah, Avropa Liqasında da öz sözümüzü deyəcəyik. Bu turnirdə bütün Azərbaycanı təmsil edəcəyimizdən, layiqli çıxış etməyə çalışacağıq. Avrokuboklara qədərsə daha bir ciddi sınağımız - Azərbaycan kubokunun final matçı var. Əgər mənə şans verilərsə, Neftçi ilə həmin oyunda da qol vurmağa çalışacağam. Məqsədimiz mövsümü ölkə kubokunun qalibi kimi başa vurmaq Qəbələyə ilk titul qazandırmaqdı".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.