9 may 2014 13:15
Qəbələ Avroliqadakı rəqiblərini doğma meydanda qəbul etməyəcək
"Qəbələ" Avropa Liqasındakı rəqiblərini qəbul edəcəyi stadionu müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, bölgə təmsilçisi ilk dəfə qatılacağı qitə miqyaslı yarışlarda ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.
"Qəbələ"nin öz rəqiblərini doğma meydanda keçirə bilməməsinin səbəbi isə öz stadionunun UEFA standartlarına cavab verməməsidi. Bu üzdən də bölgə klubu rəqiblərini Bakıda qəbul etməli olacaq.
