8 may 2014 11:44
Əmrah Çelikəl: Çempion Kubokunu Ağdama göndərəcəyik
“Qarabağ”ın idman direktoru Əmrah Çelikəl azerisport.az saytına müsahibəsində çempionluq oyunu və komandasının tapşırıqları haqda danışıb:
“Əla oyun alındı. “İnter”i 4:1 hesabı ilə məğlub edərək, çempionluğu özümüzə təmin etdik. Öz oyunumuz və intizamımızla buna artıq çoxdan layiq idik. Hamımız xoşbəxtik. Sevincimiz böyükdür”, deyə Çelikəl bildirib.
- Siz paltardəyişmə otağına daxil olduqdan sonra, oradan coşqun qışqırıqlar yüksəldi. Təsadüfən mükafatların məbləğini elan etmədiniz?
- Mənim belə səlahiyyətim yoxdur. Mən komandanın futbolçularından biriyəm (gülümsəyir), Qurban Qurbanova kömək edirəm. Bu məsələləri klub prezidenti həll edəcək.

- Mükafatın yüksək olacağı istisna deyil?
- Bu çempionluqdan doğan sevincləri mükafatlandırmamaq olmaz.

- Ötən mövsümlərdə “Qarabağ” Avropa Liqasının qrup mərhələsinə çıxmağın bir addımlığında dayanmışdı. Bu dəfə necə olacaq?
- Məqsədimiz həmişə qrup mərhələsinə çıxmaq olub və bu tapşırığı heç kim götürməyib. Ancaq həlledici anda kimə məğlub olduğumuzu siz yəqin ki, xatırlayırsınız. Bu komandalar öz ölkəsinin çempionlu olub və digər uğurlara nail olublar. Biz “Qarabağ”ıq və bizim məqsədlərimiz yüksəkdir. Biz bir milyona yağın köçkünü və bütün ölkəni təmsil edirik. Uğura nail olmaq üçün köklənməyə əsaslarımız kifayət qədərdir.

- Çempionluq Kuboku Ağdama göndəriləcək?
- Əlbəttə, Axı biz ölkəmizin bu bölgəsini təmsil edirik və bu Kubok onlara məxsusdur.

- Qurban Qurbanov Reynaldonun komandadan getməsini istəmədiyini bildirib. Əgər ona görə daha yaxşı pullar təklif etsələr, klub rəhbərliyi hansı qərarı qəbul edəcək?
- Bunu biz və futbolçunun özü həll edəcək. Reynaldonun özünü belə yaxşı his edəcəyi ikinci komanda hələlik yoxdur. Əgər dəyərli təklif olsa, biz özümüz onu ora göndərəcəyik. Necə ki bu, Vaqif Cavadov və “Tvente” ilə olmuşdu.