8 may 2014 11:33
Qurbanov ilk uğuruna imza atdı, Qarabağ ikinci dəfə çempion oldu
Son 3 mövsümdə olduğu kimi yenə də Azərbaycan çempionu mövsüm başa çatmamış müəyyənləşdi. Azerisport.az xəbər verir ki, ardıcıl 3 dəfə “Neftçi” vaxtından əvvəl çempionluğun sevincini yaşamışdısa, Topaz Premyer Liqasının 2013/14 mövsümündə “Qarabağ” qızıl medallara sahib çıxıb.
Ağdam təmsilçisi 34-cü turda “İnter”i məğlub edib və bunun sayəsində son iki turun nəticələrindən asılı olmayaraq qızıl medallara yiyələnib.
Bu uğur “Qarabağ”ın Azərbaycan çempionatlarında 2-ci qələbəsidir. Ağdamlılar ilk dəfə 1993-cü ildə - 21 il əvvəl bunu bacarmışdı. Bununla da komanda qızıl medalların sayında eyni qədər uğuru olan “Şəmkir”, “İnter” və “Bakı”ya çatıb. Bu komandalardan başqa, “Neftçi” 8, “Kəpəz” 3,“Turan” və “Xəzər Lənkəran” hərəyə 1 dəfə çempion olub. Əyalət təmsilçisi qızıl medallara sahib çıxmaqla son 6 mövsümdə çempion olan paytaxt təmsilçilərinin seriyasına da son qoyub.
Futbolçu kimi 4 dəfə Azərbaycan çempionu olan Qurban Qurbanov baş məşqçi postunda ilk dəfə bu uğura imza atıb. O, komanadsını ölkənin ən güclüsü edən 10-cu çalışdırıcı olub. Onlardan yalnız ikisi - Qurbanov və Arif Əsdov həm oyunçu, həm baş məşqçi kimi bu uğura sevinib.
Qeyd edək ki, cari mövsümdə 22-ci çempionat keçirilsə də, bunların 21-də qalib müəyyənləşib, biri isə yarımçıq dayandırılıb.
|
mövsüm
|
çempion
|
Baş məşqçi
|
|
1992
|
“Neftçi”
|
Əhməd Ələsgərov
|
|
1993
|
“Qarabağ”
|
Ağasəlim Mircavadov
|
|
1993/94
|
“Turan”
|
Kazbek Tuayev
|
|
1994/95
|
“Kəpəz”
|
Mehman Allahverdiyev
|
|
1995/96
|
“Neftçi”
|
Kazbek Tuayev
|
|
1996/97
|
“Neftçi”
|
Kazbek Tuayev
|
|
1997/98
|
“Kəpəz”
|
Mehman Allahverdiyev
|
|
1998/99
|
“Kəpəz”
|
Mehman Allahverdiyev
|
|
1999/2000
|
“Şəmkir”
|
Ağasəlim Mircavadov
|
|
2000/01
|
“Şəmkir”
|
Ağasəlim Mircavadov
|
|
2001/02
|
yarımçıq dayandırılıb
|
|
|
2003/04
|
“Neftçi”
|
Kazbek Tuayev
|
|
2004/05
|
“Neftçi”
|
Ağasəlim Mircavadov
|
|
2005/06
|
“Bakı”
|
Böyükağa Hacıyev
|
|
2006/07
|
“Xəzər Lənkəran”
|
Ağasəlim Mircavadov
|
|
2007/08
|
“İnter”
|
Valentin Xodukin
|
|
2008/09
|
“Bakı”
|
Qyoko Haciyevski
|
|
2009/10
|
“İnter”
|
Kaxaber Sxadadze
|
|
2010/11
|
“Neftçi”
|
Arif Əsədov
|
|
2011/12
|
“Neftçi”
|
Böyükağa Hacıyev
|
|
2012/13
|
“Neftçi”
|
Böyükağa Hacıyev
|
|
2013/14
|
“Qarabağ”
|
Qurban Qurbanov
|
(PFL)
