8 may 2014 11:11
Mitreski və İmamverdiyev 100-ə çatdı
Topaz Premyer Liqasının 34-cü turunda AZAL-la qarşılaşan “Neftçi”nin iki futbolçusu yubiley matçını keçirib. Azerisport.az xəbər verir ki, İqor Mitreski və Cavid İmamverdiyev paytaxt klubunda 100-cü çempionat qarşılaşmasına çıxıblar.
Bu görüşədək Premyer Liqada hərəyə 99 dəfə “ağ-qaralar”ın şərəfini qoruyan cütlük yubiley matçında qolsuz heç-heçəyə şahid olub.
2008/09 mövsümündə Hans Yurgen Gedenin əsas komandaya cəlb etdiyi 18 yaşlı Cavid 6 ilə çatdığı 100 matçda 10 qol vurub. 2010/11 mövsümündə transfer olunan makedoniyalı müdafiəçi isə 1 dəfə rəqib qapısına yol tapıb.
1992-ci ildə start götürən ölkə çempionatları tarixində bunadək 17 futbolçu “Neftçi”də 100 və daha çox oyun keçirmişdi. Cavidlə İqor bu rəqəmi 19-a çatdırdı. Mitreski 2014-cü ildə 100-ə çatan Flavinyodan sonra “ağ-qaralar”ın heyətində 100-cü matçını qeyd edən 2-ci legionerdir.
Qeyd edək ki, Mitreskidən fərqli İmamverdiyev Premyer Liqada təkcə “Neftçi”də oynamayıb.
Cavid İmamverdiyev
|
mövsüm
|
klub
|
oyun
|
qol
|
|
2008/09
|
Neftçi (Bakı)
|
6
|
|
|
2010/11
|
Neftçi (Bakı)
|
23
|
2
|
|
2011/12
|
Neftçi (Bakı)
|
23
|
-
|
|
2012/13
|
Neftçi (Bakı)
|
23
|
5
|
|
2013/14
|
Neftçi (Bakı)
|
25
|
3
|
|
|
Cəm
|
100
|
10
|
İqor Mitreski
|
mövsüm
|
klub
|
oyun
|
qol
|
|
2010/11
|
Neftçi (Bakı)
|
30
|
1
|
|
2011/12
|
Neftçi (Bakı)
|
27
|
-
|
|
2012/13
|
Neftçi (Bakı)
|
27
|
-
|
|
2013/14
|
Neftçi (Bakı)
|
16
|
-
|
|
|
Cəm
|
100
|
1
|
(PFL)
