8 may 2014 18:48
Tahir Gözəl Qarabağı təbrik edib
“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl komandanı 2013-2014-cü illər futbol üzrə Azərbaycan Topaz Premyer Liqasının qalibi olması münasibəti ilə təbrik edib. Azerisport.az klub saytına istinadən xəbər verir ki, yaxın qohumunun Türkiyədə ağır yol qəzasına düşməsi ilə əlaqədar, ölkəmizi tərk edərək, komandasının TPL-in son turunda “İnter”ə qarşı keçirdiyi oyunu izləyə bilməyən Tahir Gözəl komandanın baş məşqçisi Qurban Qurbanova zəng edərək, şəxsən baş məşqçiyə və bütünlükdə komandaya təbriklərini çatdırıb.
Tahir Gözəl həmçinin, “Qarabağ”ın Çempionlar Liqasında da uğurlu çıxışının vacibliyi qeyd edib.
