8 may 2014 17:48
Yaşar Seyidov: Bakı apellyasiya verəcək
“Bakı”nın vitse-prezidenti Yaşar Seyidov azerisport.az saytına açıqlamasında AFFA-nın komandaya növbəti mövsümdə avrokuboklarda iştirak lisenziyası verməyə imtinasının səbəblərini açıqlayıb:
“Bütün sənədlərimiz qaydasındadır. Yalnız bir sual qalır. 2009-cu ildə Tamovski soyadlı bir futbolçumuz vardı. O, komandanı dekabr ayında tərk edib. Biz çempion olduqdan sonra o, UEFA vasitəsilə öz mükafatını tələb etməyə başladı. Beləliklə, ona borcumuz olduğu anlamına gəlir. Buna rəğmən, biz apellyasiya verəcəyik”.
