8 may 2014 17:40
Reynaldo: Qarabağ hamıdan güclü olduğu üçün çempion oldu
"Qarabağ"ın futbolçusu Reynaldo azerisport.az saytına müsahibəsində “İnter” üzərində qələbədən, çempionluq sevincindən danışıb:
- İnterlə oyunda çempionluğu rəsmiləşdirəcəyinizə əmin idiniz?
- Sözün düzü, hər zaman qələbə barədə düşünürük. Əvvəlki turlarda bəzən alınmırdı. Amma komanda hər zaman qələbə qazanmaq istəyib. İlk hissədə qol vurandan sonra çempionluğu rəsmiləşdirəcəyimizə inandım. Ümumilikdə, hər iki komanda yaxşı oynadı. “Qarabağ” böyük hesablı qələbə qazandı. Çempionluğu qeyd etmək üçün layiqli hesab oldu.
- Qarşıda iki tur var, son oyunlara köklənməniz necə olacaq?
- Çempionatın son oyunlarına qələbə üçün çıxacağıq. Qızıl medalları təmin etmişik. Amma bu o demək deyil ki, köklənməmiz olmayacaq. Hər bir oyun bizim üçün vacibdir. Sizin vasitənizlə azarkeşlərə çox sağ ol demək istəyirəm. Bu gün onların yanımızda olması böyük sevinc gətirdi.
- “Qarabağ”ın çempion olmasında əsas amil nə oldu?
- Biz vahid komanda kimi mübarizə apardıq. İlk turdan hədəfə doğru addımladıq. Ən əsası hamıdan güclü idik. Bütün rəqiblərimiz üzərində qələbə qazandıq. Deməli, çempion olmalı idik.
- Sən eyni zamanda mövsümün bombardiri olmağa yaxınsan...
- Bombardirlik haqda o qədər düşünmürdüm. Əlbəttə, istəyirdim bombardir olum. Amma çempionluq daha vacib idi. Axı komanda ilə qazanılan uğur daha böyük sevinc gətirir. Bombardir olmağım da komandanın uğurudur. Futbolçular mənə şərait yaratmasalar necə qol vura bilərəm?
- Çempionlar Liqasında “Qarabağ”dan nə gözləyək?
- Azərbaycan çempionu olmaqla, mötəbər turnirdə iştirak etmək imkanı qazandıq. İndi o barədə danışmaq çətindir. Liqaya hazırlıq olacaq. Yəqin, heyət güclənəcək. Azərbaycanı layiqincə təmsil etməyə çalışacağıq.
- Mövsümün sonunda komandanı tərk edəcəyin deyilir. “Qarabağ”la müqavilə artırılacaq?
- İndi bu barədə söz demək, tələsik cavab olar. Qarşıda iki oyunumuz var. Bundan sonra rəhbərliklə danışığımız olacaq. Ondan sonra qəti qərar veriləcək. “Qarabağ”da mənə gözəl münasibət var. Hər şey çox əladır. Bu komanda ilə çempion oldum. Ona görə ən düzgün qərarı qəbul edəcəyəm.