8 may 2014 17:22
Berti Foqts Qarabağı təbrik edib
Topaz Premyer Liqasının XXXIV turu çərçivəsində mayın 7-də "İnter"i 4:1 hesabı ilə məğlub edən "Qarabağ" klubu sona 2 tur qalmış ölkə çempionluğunu rəsmiləşdirib. Azerisport.az xəbər verir ki, bununla əlaqədar, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts "Qarabağ" klubunu təbrik edib, UEFA Çempionlar Liqasında uğurlar arzulayıb.
(AFFA)
