8 may 2014 13:31
Azərbaycan ən yüksək nəticəsini qorudu
Millimiz FIFA-nın reytinq cədvəlində tarixinin ən yüksək göstəricisini qoruyub. Azerisport.az xəbər verir ki, may ayı üçün reytinq cədvəlində millimizin göstəricisi ötən ayla müqayisədə, heç bir dəyişikliyə uğramayıb və komandamız 398 xalla 85-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, buna qədər millimizin FIFA reytinqində ən yüksək göstəricisi ötən ilin oktyabrında yüksəldiyi 88-ci pillə idi.
Azərbaycanın siyahıdakı qonşuları isə Şimali İrlandiya (400 xal) və Uqanda (395 xal) milli komandalarıdır.
Millimiz reytinq cədvəlində AÇ-2016-nn təsnifat mərhələsinin “H” qrupunda rəqiblərimizdən yalnız Maltanı qabaqlayır: İtaliya 9-cu (1115 xal), Xorvatiya 20-ci (871 xal), Norveç 55-ci (551 xal), Bolqarıstan 73-cü (460 xal), Malta 128-ci (204 xal) pillədə qərarlaşıb.
Keçmiş Sovet İttifaqı ölkələrindən reytinq cədvəlində ən yüksək pilləni Ukrayna tutur: 17-ci pillə, 913 xal. Rusiya 18-ci (903 xal) pillədə qərarlaşıb. Ermənistan 33-cü (750 xal), Özbəkistan 53-cü (577 xal), Belarus 83-cü (404 xal) sırada yer alıb və millimizi qabaqlayırlar. Estoniya (93; 366), Moldova (99; 325), Gürcüstan (103; 303), Litva (104; 293), Latviya (109; 273), Qazaxıstan (118; 235), Tacikistan (121; 229), Qırğızıstan (146; 148) və Türkmənistan (156; 119) isə millimizdən alt sıralarda qərarlaşıb.
Türkiyə 711 xalla 39-cudur.
Qarşıdakı yoldaşlıq görüşündəki rəqibimiz ABŞ isə 1015 xalla 14-cüdür.
Ayın ən yaxşı komandası 13 pillə irəliləmiş Mavritaniya millisi olub. 5 pillə geriləmiş Zambiya millisi isə ayın ən pis göstəricisinə imza atıb.
İlk onluq isə belə sıralanıb:
İspaniya (1460 xal), Almaniya (1340 xal), Portuqaliya (1245 xal), Braziliya (1210), Kolumbiya (1186 xal), Uruqvay (1181 xal), Argentina (1178 xal), İsveçrə (1161), İtaliya (1115), Yunanıstan (1082).
