8 may 2014 13:22
Xəzər Lənkəran - Qarabağ oyunu Bakıda keçiriləcək
Topaz Premyer Liqasında son turda keçiriləcək “Xəzər Lənkəran” - “Qarabağ” görüşü Bakıda keçirilə bilər. Azerisport.az xəbər verir ki, “Qarabağ” rəhbərliyi məsələ ilə bağlı “Xəzər Lənkəran” klub rəhbərliyinə müraciət edib və cənublulardan müsbət cavab alıb.
Son qərarı Peşəkar Futbol Liqası verəcək. Ağdam təmsilçisinin son görüşünün Bakıda Tofiq Bəhramov adına stadionda baş tutacağı gözlənilir. Məhz həmin oyunda “Qarabağ”a çempionluq kuboku və qızıl medallar təqdim ediləcək.
