7 may 2014 12:15
Bakının Qəbələyə getməyən 3 futbolçusu bəlli oldu
Topaz Premyer Liqasının 34-cü turunda səfərdə "Qəbələ" ilə qarşılaşacaq "Bakı" artıq Qəbələdədi. Azerisport.az xəbər verir ki, bu oyun öncəsi baş məşqçi Milinko Pantiç üç futbolçunun xidmətindən məhrum olub.
Bunlar Ruben Qonsales, Rauf Əliyev və Risto Ristoviçdi. Onlar zədə səbəbindən heç səfərə də aparılmayıb.
Qeyd edək ki, Qonsalesin zədəsinin daha ciddi olduğu bildirilir. Böyük ehtimalla cari mövsüm artıq onun üçün başa çatıb.
