7 may 2014 11:36
"Bakı Qəbələyə tam heyətlə yollanıb"
"Bakı"nın vitse-prezidenti Yaşar Seyidov bəyan edib ki, Topaz Premyer Liqasının 34-cü turu çərçivəsində qarşılaşacaqları "Qəbələ" ilə oyuna komandanın bütün üzvləri yollanacaqlar. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qəbələ" ilə oyuna bütün futbolçular yollanıblar. Meydana qələbə üçün çıxacağıq. "Bakı"da baş verən son hadisələrə gəlincə, bunlar klubumuzu sevməyən qüvvələrin işidi. Bizim Avropa Liqasına düşmək şansımız var və bu şansdan yararlanmaq üçün əlimizdən gələni edəcəyik".
