7 may 2014 11:18
Mərdəkanda yeni meydança
Bakı şəhərində və respublikanın müxtəlif bölgələrində AFFA tərəfindən süni örtüklü meydançaların quraşdırılaraq təmənnasız şəkildə uşaq, yeniyetmə və gənclərin istifadəsinə verilməsi işləri davam etdirilir. Azerisport.az xəbər verir ki, növbəti süni örtüklü meydança Mərdəkan qəsəbəsində inşa olunaraq istifadəyə verilib.
