7 may 2014 21:30
Qurban Qurbanov: Qarabağ çempionluq üçün çətin yol keçdi
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 34-cü turu çərçivəsində qarşılaşdıqları "İnter"lə oyunu və komandasının çempionluğunu şərh edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Çempion olduğumuza görə şadam. Mövsüm ərzində ağır oyunlarımız oldu. Bu gün bizi dəstəkləməyə gələn bütün azarkeşlərimizə "sağ olun" demək istəyirəm. "Qarabağ" bu çempionluq üçün çox çətin yol keçdi. Amma bizim öncədən hədəfimiz bu idi və hədəfimizə çatdıq. Hamını təbrik edirəm".
