7 may 2014 20:15
Təxirə salınmış oyunda qalib müəyyən olunmadı
Futbol üzrə Azərbaycan 1-ci divizionunda 25-ci turun təxirə salınmış bir oyunu keçirilib. Azerisport.az xəbər verir ki, “Şuşa” ev oyununda “Neftçala” ilə qarşılaşıb.
Hərəyə bir dəfə fərqlənən tərəflər yekunda qalibi müəyyən edə bilməyib.
1-ci divizion
25-ci turun oyunu
7 may
Şuşa - Neftçala - 1:1
Qollar: Emin Mollayev, 23 - Aqşin Həşimov, 80.
