7 may 2014 18:48
Araz Naxçıvandan növbəti qələbə
Futbol üzrə Azərbaycan 1-ci divizionunda 29-cu turun iki oyunu keçirilib. Azerisport.az xəbər verir ki, həmin qarşılaşmalarda aşağıdakı nəticələr qeydə alınıb:
Araz Naxçıvan - Mil-Muğan - 3:0
Qollar: Elgiz Kərimli, 45+1, Tural Hümbətov, 63, David Janalidze, 80.
Bakılı - Energetik - 2:3
Qollar: Rasim Daşdəmirov, 14, Şahin Əliyev, 20 - Elçin Abdullayev, 21, Heydər Müslümzadə, 44, Ramil Nəsibov, 63.
