7 may 2014 16:20
Edin Nuredinoski Bakının düşərgəsini tərk etdi
"Bakı"nın qapıçısı Edin Nuredinoski paytaxt klubunun düşərgəsini tərk edib. Azerisport.az xəbər verir ki, makedoniyalı qapıçı baş məşqçi Milinko Pantiçlə danışaraq başqa komandada baxışdan keçməsinə icazə alıb.
Lakin onun keçmək istədiyi komandanın adı açıqlanmır. Cari mövsümdə demək olar ki, "Bakı"nın heç bir oyununda meydana çıxmayan qapıçının hələ qışda komandadan getməsi gözlənilsə də, bu, baş verməmişdi. Amma görünür, bu yay Nuredinoskinin "zolaqlılar"dan ayrılacağı dəqiqdi.
