7 may 2014 14:55
Bakı Qəbələyə qarşı legioner futbolçularını da oynadacaq
"Bakı" Topaz Premyer Liqasının 34-cü turunun "Qəbələ" ilə oyunu üçün heyətini müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, öncədən paytaxt klubunun bu qarşılaşmada sadəcə, yerli futbolçularla oynayacağı bildirilirdi.
Amma baş məşqçi Milinko Pantiçin start heyətində legionerlər də yer alacaq. Serbiyalı mütəxəssis bu heyətə güvənəcək:
Aqil Məmmədov, Yure Travner, Şəhriyar Əliyev, Deyvidas Çesnauski, Namiq Ələsgərov, Mario Alvares, Lukas Mario Horvat, Elvin Məmmədov, Juninyo.
