"Qarabağla İnter heç-heçə edəcək"
Azərbaycanın veteran futbolçusu Vidadi Rzayev azerisport.az saytı üçün Topaz Premyer Liqasının 34-cü turunun oyunlarına proqnozlarını açıqlayıb.
Qəbələ - Bakı
"Bakı" üçün bu, 4-cü yeri tutmaq baxımından əhəmiyyətli oyundu. "Qəbələ" kubokun finalına çıxsa da, bu, hələ avrokuboklara vəsiqəni təmin etmək anlamına gəlmir. Buna görə də hər iki komanda meydana qələbə üçün çıxacaq, gərgin oyun olacaq. Məncə, bu oyunda biz heç-heçə görəcəyik.
Rəvan - Simurq
"Simurq"un heç bir turnir hədəfi yoxdu. "Rəvan" isə mütləq qələbə qazanmalıdı ki, elitada qalmaq şanslarını yaxşılaşdırsın. Ona görə də "Rəvan"ın qalib gələcəyini düşünürəm.
AZAL - Neftçi
Düşünmürəm ki, AZAL "Neftçi"yə ciddi müqavimət göstərə bilsin. Özü də "ağ-qaralar"a qələbə çox lazımdı. "İnter"dən geri qalmamaq, "Qəbələ"nin bu komandanı qabaqlmaması üçün qələbə mütləqdi. "Neftçi"nin 3 xalı əldə edəcəyinə şübhə etmirəm.
Xəzər Lənkəran - Sumqayıt
"Sumqayıt" sürprizlərə imza atmağı sevsə də, bu dəfə komandanın eyni uğuru qazanacağına şübhə edirəm. Fikrimcə, "Xəzər Lənkəran" qələbə qazanmaq üçün əlindən gələni edəcək. Lənkəranlılar qalib gəlməlidi.
Qarabağ - İnter
Bu görüşün nəticəsini öncədən proqnozlaşdırmaq çox çətindi. "Qarabağ" vaxtından öncə çempion olmaq, "İnter" isə aradakı fərqi azaltmaq istəyir. Mən heç-heçə olacağı qənaətindəyəm.
