6 may 2014 00:33
Branimir Subaşiç: Ümid edirəm ki, Superliqaya çıxa biləcəyik
Məlumat verdiyimiz kimi, futbol üzrə Türkiyə I Divizionunda yarımfinal cütləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, millimizin hücumçusu Branimir Subaşiçin komandası “Orduspor” “Mersin İdmanyurduspor”la qarşılaşacaq.
Qalib komanda finala vəsiqə qazanaraq, Superliqaya yeganə vəsiqə uğrunda mübarizə aparacaq.
Branimir Subaşiç oyun haqda fikirlərini bildirib: “Autsayderlərə qarşı oyunlarda çox xallar itirmişik. Əgər bu itkilər olmasaydı, Superliqaya birbaşa vəsiqə qazan bilərdik və pley-off oyunlarına ehtiyac qalmazdı. Artıq heç nə edə bilmərik. Qarşıda “Mersin İdmanyurdu” ilə oyunumuz var. İlk oyunu səfərdə keçirəcəyik. Onların yaxşı komandası var. Onlar ötən il Superliqada çıxış etmiş heyəti saxlayıblar. Çətin olacaq, ancaq ümid edirəm ki, biz finala çıxıb vəsiqəni əldə edə biləcəyik”.
