6 may 2014 12:22
III Qəbələ Kubokunun son iştirakçısı məlum oldu
29 may-1 iyun tarixlərində 15 yaşa qədər futbolçulardan ibarət komandalar arasında baş tutacaq III Qəbələ Kuboku beynəlxalq turnirinin son iştirakçısı da məlum olub. Azerisport.az xəbər verir ki, daha öncə turnirdə iştirakını təsdiqləyən, lakin sonradan texniki səbəblərə görə III Qəbələ Kubokunda iştirakı baş tutmayan "Olimpik"i (Marsel, Fransa) Avstriya "Rapid"i əvəzləyəcək.
Bununla da, turnirdə mübarizə aparacaq bütün komandalar müəyyənləşib. Xatırladaq ki, daha öncə "Fənərbaxça" (Türkiyə), "Lokomotiv" (Moskva, Rusiya), "Liverpul" (İngiltərə), "Anderlext" (Belçika), "Neftçi" (Azərbaycan) və "Udineze" (İtaliya) turnirdə yer alacağını rəsmən təsdiqləmişdi.
(Klub saytı)
