6 may 2014 12:12
İbrahima Niasse: Ölkə Kubokunun finalında Neftçini məğlub edəcəyimizi deyə bilmərəm
“Qəbələ”nin müdafiəçisi İbrahima Niasse azerisport.az saytına müsahibəsində komandasının Avropa Liqasına vəsiqə uğrunda mübarizə perspektivləri haqda fikirlərini bölüşüb:
- Avropa Liqasına çıxmaq üçün “Qəbələ”nin yaxşı imkanları var: həm Kubok və həm də Premyer Liqadan. Hansı yol nisbətən asan görünür?
- Hər yerdə qələbə qazanmaq lazımdır. Yerdə qalan bütün oyunlar asan olmayacaq. Qarşıda “Bakı2 ilə oyunumuz var. Bu oyun, indi ən vacibdir. Əgər üç xal qazansaq, bu halda, demək olar ki, Avropa Liqasında yerimizi təmin etmiş olacağıq.

- Yayda sizin “Qəbələ” ilə müqaviləniz başa çatacaq. Sonra nə olacaq?
- Bilmirəm. Klub rəhbərliyi ilə yeni müqavilə haqda danışmamışıq. Qarşıda mövsümün həlledici oyunları var və hələlik heç kim müqavilələr haqda düşünmür. “Qəbələ”də məni hər şey qane edir. Mən klubla müqavilənin uzadılmasını müzakirə etmək istəyirəm.

- “Neftçi” üzərində qazanılmış çoxdan gözlədiyiniz qələbə haqda nə deyə bilərsiniz?
- Həqiqətən, bu qələbə, bizə lazım idi. Axı bu mövsümdə üç dəfə məğlub olmuşduq. Rəqibin ilk qolundan sonra yenidən məğlub olacağımız təsəvvürü yaranırdı. Ancaq bu dəfə bizə bakılıları yalnız məğlub etmək deyil, bunu əzmkar şəkildə etmək mümkün oldu.

- Ölkə Kubokunun finalında “Neftçi”ni məğlub etmək sizə müyəssər olacaq?
- Deyə bilmərəm. Kubok Premyer Liqa deyil. Final oyunu daha ətin olacaq. Belə ki, rəqibin son oyundakı kimi, bu qədər itkisi olmayacaq. Final daha çətin olacaq.

- Komandanızın müdafiəsi daha yaxşı oynamağa başlayıb. Nə dəyişib?
- Qış fasiləsindən sonra komandada yeni oyunçular peyda oldu və bu, öz təsirini göstərdi. Onların uyğunlaşması üçün vaxt lazım idi. Gördüyünüz kimi, keçid dövrü ağrılı ötdü. Ancaq biz özümüzə gəldik. Komanda pis futbol və nəticələr göstərmir.

- Demək, indi yalnız yaxşı nəticələr olacaq?
(Gülümsəyir) Vəd verə bilmərəm, ancaq bunun üçün hər şey edəcəyik.