6 may 2014 00:05
İsrafilov autsayderi məğlub etməyə kömək etdi
Futbol üzrə İspaniya Sequnda Liqasında 37-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Eddi İsrafilovun komandası "Real Mursiya" səfərdə yarış cədvəlinin autsayderi "Erakles"lə qarşılaşıb.
Qarşılaşma 3:2 hesabı ilə başa çatıb. Eddi start heyətdə meydana çıxıb, 90 dəqiqə mübarizə aparıb.
Hazırda “Real Mursiya” 55 xalla yarış cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
