6 may 2014 11:33
İbrahim Şehiç DÇ-yə getməyəcək
“Qarabağ”ın qapıçısı İbrahim Şehiç Bosniya və Herseqovina yığmasının heyətində yayda Braziliyada keçiriləcək DÇ-yə getməyəcək. Azerisport.az xəbər verir ki, Balkan təmsilçisinin baş məşqçisi Safet Suşiç komandaya üç qapıçı - Asmir Beqoviç, Yasmin Feyziç və Asmir Avdukiçi dəvət edib.
Xatırladaq ki, Şehiç Azərbaycan klubunun heyətində milli komandasında DÇ-nin iştirak ərizəsinə salınmış ilk oyunçu ola bilərdi. Şehiç Bir müddət əvvəl saytımıza verdiyi müsahibəsində bildirmişdi ki, baş məşqçi Suşiçdən bu məsələ ilə bağlı zəng gözləyir.
