Əsgər Abdullayev Qarabağı tənqid etdi
Futbol üzrə Azərbaycan 1-ci divizionunda çempion olan "Araz Naxçıvan"ın baş məşqçisi Əsgər Abdullayev "Qarabağ"ın Topaz Premyer Liqasında çempionluq şanslarını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bir neçə il öncə oxşar hal mənim çalışdırdığım "Olimpik"də də (indiki AZAL - red.) yaşanmışdı. Son tura qədər komandam turnir cədvəlində lider olsa da, çempion ola bilmədik. Bu mövsüm də "Qarabağ" 13 xal fərqi ilə öndəydi. Amma əsas izləyicisi ilə fərqi 6-ya endirib. Hər şey futbolçuların özündən asılıdı. Qurban Qurbanov neçə illərdi bu komandaya rəhbərlik edir, heyəti tanıyır. Belə arxayınlaşmaq olmaz. Komanda hələ çempion olmayıb. Növbəti turda onları "İnter"lə çətin oyun gözləyir. Nə qədər ki gec deyil, toparlanmaq və lazım olan xalları toplamaq lazımdı".
