6 may 2014 17:43

Ruslan Poladov: Rəvandan kömək istəyən olmayıb

"Simurq"un kapitanı Ruslan Poladovun azerisport.az saytına müsahibəsi

- Qarşıda sizi "Rəvan"la oyun gözləyir. Hansı ki, bu komanda "Sumqayıt"la elitada qalmaq uğrunda mübarizə aparır. Bu mübarizə sizə maraqlıdı?
- Bizim öz hədəflərimiz var. Digər komandaların durumu bizi maraqlandırmır. Qələbəyə oynayacağıq.

- "Simurq"un nə hədəfi qalıb ki?
- Hədəf həmişə var. Düzdü, biz əsas vəzifəmizin öhdəsindən gələ, avrokuboklara düşə bilmədik. Amma mümkün olduğu qədər turnir cədvəlinin üst pillələrində yer almaq istəyirik.

- "Rəvan"da yəqin ki, tanışlarınız çoxdu. Təsadüfən sizdən kömək istəyən olmayıb?
- Mənim Premyer Liqanın bütün klublarında tanışlarım var (gülür). Onların hamısı məni yaxşı tanıyır və heç biri belə bir söhbət açmaz. Hətta söhbət elitada qalmaqdan yox, çempionluqdan getsə belə. Belə şeyləq qəbulolunmazdı. Ona görə "Rəvan"dan da heç kim belə bir müraciət etməyib. Çətin ki, etsinlər də.

- Bu mövsümü "Simurq" üçün boşa verilmiş saymaq olar?
- Mən belə deməzdim. Komanda böyük təcrübə topladı və inanıram ki, bu təcrübə növbəti mövsümdə bizə kömək edəcək. Yəqin ki, qarşımıza yenə yüksək hədəflər qoyulacaq.

- Yəqin ki, büdcəsi sizdən daha çox olan bir klubu qabaqlamaq sizin üçün sevindiricidi?
- Mən bunu təkcə "Xəzər Lənkəran"a aid etməzdim. Mənim üçün güclü klubların hər birindən aldığımız xal və ya xallar xoşdu. Məsələn, "Qarabağ"a biz bu mövsüm ümumiyyətlə uduzmadıq. Halbuki, bu komanda çempion olmağa yaxındı.

- Sizin "Simurq"dakı taleyiniz necə olacaq?
- Mövsümün sonunda müqaviləmin müddəti başa çatacaq. Hələ ki, rəhbərliklə bu barədə söhbətim olmayıb. Mövsümün sonunda görüşüb, söhbətləşəcəyik. İstisna deyil ki, yenə bu komandada qalım.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.