6 may 2014 17:15
Ramin Musayev: Qarabağ sabah çempion olsa, kubok təqdim olunmayacaq
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bəyan edib ki, "Qarabağ" sabah Topaz Premyer Liqasında çempion adını qazansa, heç bir mükafatlandırma olmayacaq. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
"Qarabağ" sabah "İnter"ə qalib gəlib vaxtından öncə çempion olsa belə, bu komandaya çempionluq kubokunu təqdim etmək planlarımızda yoxdu. Biz əvvəlki illərdə istifadə etdiyimiz təcrübədən yararlanacağıq. Premyer Liqanın qalibi yalnız son turdakı oyunun ardından mükafatına qovuşa bilər. Çempion olan komanda hələ bir qədər də gözləməlidi".
