6 may 2014 15:15
Dadaşovsuz Kayzerslauren qalib gəldi
Almaniyada Cənub regional liqasının 31-ci turu çərçivəsində növbəti oyunlar keçirilib. Azerisport.az xəbər verir ki, millimizin hücumçusu Rüfət Dadaşovun klubu “Kayzerslautern”in ikinci komandası səfərdə “Maynz” klubunun ikinci komandasını qəbul edib və 1:0 hesabı ilə qalib gəlib.
Dadaşov bu oyunda iştirak etməyib.
Hazırda “Kayzerslautern II” 57 xalla yarış cədvəlində 4-cü pillədə qərarlaşıb.
