6 may 2014 14:14
Qurban Qurbanov: Çempionluq haqda fikirlər İnterə qarşı oyunda bizə mane ola bilər
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov azerisport.az saytına müsahibəsində TPL-in 34-cü turu çərçivəsində komandasının “İnter”ə qarşı keçirəcəyi oyunu və üç oyunluq qələbəsizlik seriyası haqda danışıb:
- Son üç turda komandanız cəmi iki xal yığıb. Yetirmələrinizdə çaşqınlıq müşahidə etmirsiniz? Axı çempionluq bu qədər yaxın olduğu bir halda, indi hər şey şübhə altına düşüb.
- Ola bilər, bir qədər çaşqınlıq var. Ümumilikdə isə komanda bir sıra böyük hesablı qələbələrdən sonra arxayınlaşıb. Bununla yanaşı, başa düşmək lazımdır ki, hər böyük hesablı qələbə, növbəti rəqibi bizə qarşı daha ciddi səylə hazırlaşmağa sövq edir.
- Siz kifayət qədər sakit görünürsünüz. Yoxa, işlərin belə gedişini gözləyirdiniz?
- Gözləyirdim. Üçüncü dövrədən sonra başa düşürdüm ki, rəqiblər bizə qarşı oyunda daha aqressiv olacaqlar. Çünki, həlledici mərhələ başlayıb. Heç olmasa, Avropa Liqasını gözaltı etmiş “Simurq”u misal çəkək. Yaxud “Neftçi”ni. Onlar o zaman çempionluğu qazanmaq şansını hələ itirməmişdilər.
- Komanda sizdən hökm və ya cəza almayıb?
- Bu tədbirlər əl atmadım. Belə ki, komanda oynayırdı. Sadəcə, səhvləri üzə çıxardıq. Oyunçuları daha ciddi, diqqətli olmağa çağırdım. Hər bir futbolçu komanda naminə daha yaxşı oynamalıdır. Dördüncü dövrədə biz mövsüm ərzində hər rəqibimizə qarşı dördüncü oyunumuzu keçiririk. Çoxlarında belə bir təəssürat qalıb ki, biz onları məğlub etmişik və bunu yenidən edəcəyik.
- “İnter” üzərində qələbə sabah “Qarabağ”a çoxdan həsrətində olduğu çempionluğu rəsmiləşdirə bilər...
- Biz son oyunlarda meydanda hər şey müyəssər olan komandaya qarşı oynamalıyıq. Bu, artıq mövsümün əvvəlindəki komanda deyil. İndi biz çempionluq haqda deyil, “İnter”ə qarşı oyun haqda düşünürük. Əgər çempionluq haqda fikirlərlə meydana çıxsaq, bu, oyunda bizə mane ola bilər.
- Belə bir rəqibə qarşı öz meydanında oyunla çempionluğu qazanmaq sizin üçün yaxşı olardı?
- Əlbəttə, buna elə bu oyunda nail olmaq istərdik. Əgər mümkün olsa, əla olar. Yoxsa, bir qədər də səbir etmək lazım gələcək.
- Bəs qaydalarda “qızıl oyun”un nəzərdə tutulduğunu bilirdiniz?
- Bəli. Reqlamentlə tanışı idim.
- Bəs “İnter”lə xalların bərabər olacağı təqdirdə, rəqib qarşısında şəxsi oyunlarda böyük üstünlüyü olan komandanın məşqçisinin buna münasibəti necədir?
- İndi bu haqda danışmaq düzgün olmazdı. Axı bu, əvvəlcədən məlum idi. Bəlkə də siz məndən bunu mövsümün sonunda soruşsanız, mən öz fikrimi sizə deyərəm.