6 may 2014 12:55
Neftçi və Rəvan Bakcell arenada oynamayacaq
TPL-in 35-ci turu çərçivəsində “Neftçi” və “Rəvan” arasında baş tutacaq oyun “Bakcell Arena”da keçirilməyəcək. Azerisport.az xəbər verir ki, “neftçilər”in meydanında ot örtüyünün dəyişdirilməsi ilə əlaqədar, bu mövsümdə “Flaqman”ın oyunları “İsmət Qayıbov” adın stadionda keçiriləcək.
Xatırladaq ki, “Neftçi” - “Rəvan” görüşü mayın 12-də keçiriləcək.
