5 may 2014 12:48
Eratsız Fortuna heç-heçə oynadı
Almaniya İkinci Bundesliqasında 33-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Tuğrul Eratın komandası Düsseldorf “Fortuna”sı səfərdə “Karlsrue”nin qonağı olub və 2:2 hesablı heç-heçə oynayıb.
Erat zədəli olduğu üçün oyunu buraxmalı olub.
Hazırda “Fortuna” 47 xalla yarış cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
