5 may 2014 12:33
U-19 millimizin heyətində dəyişiklik olub
Məlumat verdiyimiz kimi, mayın 6-dan 10-a qədər Bakı şəhərində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının seleksiya xarakterli təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az xəbər verir ki, toplanış üçün açıqlanmış heyətdə dəyişiklik edilib.
Zədəli olduğu üçün Ruslan Muradov (Simurq) heyətdən çıxarılıb. Onun əvəzinə toplanışa "Qəbələ" klubundan Yusif Nəbiyev dəvət olunub.
(AFFA)
