5 may 2014 12:22
Azərbaycan çempionunun daha bir rəqibi müəyyənləşib
Növbəti mövsümdə Bosniya və Herseqovinanı ÇL-də təmsil edəcək komanda məlum olub. Azerisport.az xəbər verir ki, Bosniya və Herseqovina çempionu adını Mostarın “Jrinski” komandası qazanıb və növbəti mövsümdə ÇL-də ölkəsinin şərəfini qoruyacaq.
Həmçinin, Çexiya və İsrail çempionlarının da adına aydınlıq gəlib: Müvafiq olaraq, “Sparta” və Tel-Əviv “Makkabi”si çempionluğu qazanıblar.
Hazırda birinci və ikinci təsnifat mərhələləri də daxil olmaqla, 40 iştirakçıdan 23-ü məlumdur.
