5 may 2014 11:44
Yuri Syomin: Spartakda namizədliyimin müzakirəsi edilməsi mənə xoşdur
“Qəbələ” baş məşqçisi Yuri Syomin Moskva “Spartak”ını çalışdıra bilər. Azerisort.az kluba yaxın mənbələrə istinadən xəbər verir ki, “qırmızı-ağlar”ın təmsilçiləri təcrübəli mütəxəssislə artıq əlaqə yaradıblar.
“Spartak”ın direktorlar şurasında Syominin namizədliyini dəstəkləyən adamlar var. Syominin simasında tez bir zamanda intizam yaradaraq, oyunu axarına salmağı bacaran mütəxəssis görürlər. Həmçinin, o, ölkənin aparıcı komandalarına yerli mütəxəssislərin rəhbərlik etməsi ənənəsinə uğun gəlir.
Yuri Syomin bu məsləni belə şərh edib: “Belə bir klubda namizədliyimin müzakirəsi xoşdur. “Spartak”ın sadiq azarkeşlərdən ibarət böyük ordusu var və komanda böyük tapşırıqları yerinə yetirməyə qadirdir. Xüsusilə də, gələn mövsümdən komanda ev oyunlarını öz stadionunda keçirəcək”.
Qeyd edək ki, “Spartak”a məşqçi qismində digər namizəd isə Tula “Arsenal”ının baş məşqçisi Dmitri Aleyniçevdir.
(SE)
