5 may 2014 11:22

Leroy Corc: Qarabağın İnteri dayandırmaq vaxtıdır

“Qarabağ”ın yarımmüdafiəçisi Leroy Corc azerisport.az saytına müsahibəsində TPL-in 33-cü turu çərçivəsində komandasının “Bakı” ilə heç-heçəsindən (0:0) və növbəti turda “İnter”ə qarşı oyunda mümkün çempionluqdan danışıb:

- Nə üçün yenidən xallar itirdiniz?
- Çox ağrı oyun alındı. Qalib gəlməyin asan olmayacağını bilirdik. Qol vurmağı çox istəsək də, alınmadı.

- Bu oyunda qələbə, çempionluğu vaxtından əvvəl qazandıra bilərdi...
- Mən hesab edirəm ki, çempionluğu nə vaxt rəsmiləşdirəcəyimiz haqda düşünmək lazım deyil. Ancaq meydana çıxmaq, qələbə qazanmaq və yalnız bundan sonra hər şeyin nəticəsini hesablamaq lazımdır. Əlbəttə, yarış cədvəlinə baxırıq. Ancaq buna rəğmən, öz futbolumuzu oynamalıyıq.

- Bəs bunu cümə günü keçirilmiş oyunda rəsmiləşdirmək istəmirdiniz?
- Ümumiyyətlə, “Bakı”nı sadəcə olaraq, məğlub etmək pis olmazdı. Ancaq rəqib çox sıx, hətta yapışıqlı oynayırdı. Bu, görünürdü.

- Oyunda hakimlərinin işi xoşunuza gəldi?
- Hakimlər haqda danışmaq istəmirəm.

- İndi “İnter”lə xal fərqiniz 6 xala enib və artıq növbəti oyunda sizi “bankirlər”lə oyun gözləyir. Oyun, hərfi mənada, qızıla bərabərdir...
- Bizim üçün istənilən oyun, Premyer Liqanın “qızıl”ına daha da çox yaxınlaşmaq üçün bir şansdır. Ancaq, dediyim kimi, indidən beyinləri çempionluq fikri ilə doldurmaq lazım deyil. Əvvəlcə, buna çatmaq lazımdır. Qarşıda üç oyunumuz var. Yaxşı oyun göstərməyə çalışacağıq.

- Son vaxtlar “İnter” yaxşı sürət yığıb...
- Bu, yaxşı komandadır. Onlar artıq bir neçə oyundur ki, ardıcıl qələbələr qazanırlar. Beləliklə, bizim onları dayandırmaq vaxtımızdır!

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.