5 may 2014 18:00
Vladimir Levin: Mənə mayın 8-də ABŞ səfirliyinə gəlməyi tapşırdılar
“Qəbələ”nin müdafiəçisi Vladimir Levin azerisport.az saytına açıqlamasında milli ilə birgə ABŞ toplanışına dəvət edilməməsi haqda danışıb:
“Mənə mayın 8-də ABŞ səfirliyinə gəlməyi tapşırdılar. Əgər adım siyahıda yoxdursa, demək, bu dəfə mənsiz keçinməyi qərara alıblar. Təəssüf ki, ABŞ yığmasına qarşı oyunda iştirak edə bilməyəcəyəm. Komandamıza uğurlar arzu edirəm”.
