5 may 2014 17:22
Sumqayıt Xəzər Lənkərana qarşı oyuna hazırlaşıb
Topaz Premyer Liqasının növbəti turunda səfərdə "Xəzər Lənkəran"la qarşılaşacaq "Sumqayıt" hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, Aqil Məmmədovun komandası bu gün səhər Sumqayıtda növbəti məşqinə çıxıb.
Yalnız Uğur Pamuk zədəli olduğu üçün hazırlıq prosesində iştirak etməyib. "Sumqayıt" FK sabah Lənkərana yola düşəcək.
Qeyd edək ki, "Xəzər Lənkəran" - "Sumqayıt" oyunu mayın 7-i 18:00-da Lənkəran şəhər stadionunda keçiriləcək.
