5 may 2014 16:55
Futzal yığmamız 10-cu pillədə yer aldı
Bu gün milli futzal komandalarının növbəti reytinq cədvəli açıqlanıb. Azerisport.az xəbər verir ki, Joze Alesionun yetirmələri mövqeyini ötən ilin dekabrı ilə müqayisədə dörd pillə yaxşılaşdırıblar.
Millimizin hesabında 1391 xal var.
Yığmamız Avropada 6-cı pillədə yer alıb. Komandamız keçmiş SSRİ ölkələri arasında isə yalnız Rusiya (4-cü yer) və Ukraynadan (8-ci yer) geri qalır.
Dünya reytinqində birinci pillə Braziliyaya məxsusdur (1928 xal). İspaniya ikinci (1915 xal), İtaliya isə üçüncüdür (1771 xal).
