5 may 2014 16:44
Neftçinin hazırlığı Araz Abdullayevin zədələnməsi ilə başa çatdı
“Neftçi” PFK Topaz Premyer Liqası çərçivəsində AZAL klubu ilə keçirəcəyi oyunun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, komandanın bugünkü məşqi klubun bazasında baş tutub.
Təxminən saatyarım davam edən məşq zamanı Araz Abdullayev ikitərəfli oyunda qapıçı Pavels Doroşevslə mübarizədə toqquşub və ayaq pəncəsindən zədə alaraq məşqi yarımıq dayandırıb. Həkim müayinəsindən sonra Araz Abdullayevin məşqləri nə zaman bərpa edəcəyinə aydınlıq gələcək.
