5 may 2014 15:55
Azarkeşləri Neftçini 2000 manat ziyana saldılar
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, bu gün baş tutan iclasda aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 33-cü turunun bir oyunu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
Neftçi Qəbələ matçının 90+3-cü dəqiqəsində Qəbələnin futbolçusu Lorenzo Ebesilio idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
Oyunun 90-cı dəqiqəsində Neftçinin azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.

(PFL)