5 may 2014 14:44
Fariz Nəcəfov: Əgər Syomin istəsə, Qəbələnin baş məşqçisi olaraq, qalacaq
“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov bildirib ki, klub rəhbərliyi komandanın hazırkı baş məşqçisi Yuri Syominlə müqavilə müddətini artırmaq istəyindədir. Azerisport.az xəbər verir ki, Nəcəfov İTAR-TASS informasiya agentliyinə bunları söyləyib:
“Komanda qala zolağa düşmüşdü. Ancaq biz çempionatın son üç oyunun qazandıq. Həmçinin, ölkə Kubokunun finalına yüksəldik. Əgər Kuboku qazana bilsək, bu, bizim klubumuz üçün tarixi hadisə olacaq. Beləliklə, Yuri Syominin rəhbərliyi altında hələlik hər şey yaxşı gedir. Baş məşqçi ilə yeni müqaviləyə gəlincə, düşünürəm ki, biz bu haqda ölkə Kubokunun finalından sonra danışacağıq (22 may). Əgər Syomin istəsə, Qəbələnin baş məşqçisi olaraq, qalacaq. Onunla razılığı uzatmaq istəyimiz var”.
Nəcəfov həmçinin, qeyd edib ki, Moskva “Spatak”ı təmsilçilərinin Syominlə əlaqəyə girməsi haqda məlumatı yoxdur. KİV-in məlumatlarına görə, Rusiya klubu rəhbərliyi komandanın baş məşqçisi kimi, onun namizədliyini gözdən keçirirlər.
Syominin özü telefon danışığında “Spartak”a mümkün təyinatını şərh etməkdən imtina edib: “Mən mövsümün həlledici məqamına köklənmişəm. “Qəbələ”ni ölkə çempionatının və Kubokunun finalında vacib oyunlar gözləyir. Digər mövzulara dair yalnız bu oyunlardan sonra danışa bilərəm”, deyə təcrübəli mütəxəssis bildirib.
